Ötən həftə Co Baydenin D. Tramp barədə ittihamlarına keçmiş prezident cavab verib. Baki-xeber.com “ABC News”-a istinadən bildirir ki, Tramp cavabında bir çox məsələlərə reaksiya verib. O, malikanəsinə olan hücumu ədalətin alçaldılması kimi qiymətləndirib. Daha sonra C. Baydenin barəsində çıxışına münasibət bildirib: “Bayden Pensilvanyanın Filadelfiya şəhərinə Amerika prezidentlərinin indiyə kimi demədikləri nifrət nitqini söyləmək üçün gəldi, o, Dövlətin düşmənidir”. Tramp noyabrda keçiriləcək Senat seçkilərinə də münasibət bildirib: “İki aydan sonra xalq Pensilvaniyadakı radikal sol demokratları qovacaq və mənim dostum Doug Mastrianonu qubernator seçəcəksiniz, onu ABŞ Senatına göndərəcəksiniz”.
Qeyd edək ki,D.Trampın çıxışı C. Baydenin ittihamlarından qısa müddət sonra baş tutub. Respublikaçılar demokratların mühacirlərin ABŞ-a gəlməsi, xarici siyasət məsələlərilə bağlı xətlərini tənqid edirlər. O baxımdan qarşıdakı seçki tərəflərin ciddi mübarizəsi kimi xarakterizə olunur. Respublikaçıların dəstəklədiyi Tramp daha çox ABŞ-ın daxili işlərilə məşğul olmaq istəyir. O, prezidentliyi dövründə bunun üçün çalışmışdı. C. Bayden isə əsasən qlobal siyasətin tərəfdarı kimi çıxış edir.
Ceyhun MİRZƏLİ