Rusiya ilə enerji böhranı fonunda Avropa bazarlarında avronun qiyməti ucuzlaşıb. Baki-xeber.com “France 24”-ə istinadən bildirir ki, avro son 20 ilin ən aşağı səviyyəsinə düşüb. Paris, Frankfurt və London Rusiyanın qazı kəsməsini əsas gətirərək Avropaya qaz tədarükü etməyəcəklərini bəyan edib. Bu açıqlama avronun ucuzlaşmasına səbəb olub. Qeyd edək ki, Böyük Yeddilər Rusiya qazının qiymətinə emborqo qoymaq istəyirdilər. İqtisadçılar enerji böhranına görə Avrozonanın maliyyə çətinlikləriylə də qarşılaşacağını gözləyirdilər. İqtisadçı ekspert Qordon Şennon vəziyyəti belə qiymətləndirib: ”Avropa üçün perspektiv pisdir. Keçən həftənin sonlarında vəziyyət pisləşməyə başladı və demək olar ki, daha da pisləşəcək”.
Ceyhun MİRZƏLİ