Rusiya Avropanın ən böyük elektrik stansiysında nüvə silahından istifadə edərək nüvə qəzası ilə bağlı qəza təhlükəsini artırıb. Baki-xeber.com “The Hill”ə istinadən məlumat verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski xəbərdarlıq edib. V.Zelenski Zaporojyedə Rusiyanın hərbi mövcudluğunun altı Çernobıl işğal etməyə bərabər olduğu barədə xəbərdarlıq edib: “Bizim işğal olunmuş altı blokluq stansiyamızı görürsüz. Bu, Avropada ən böyüyüdür. Bu, Avropa üçün böyük təhlükə hesab olunur. Deməli, onlar nüvə silahından istifadə edirlər. AES-də heç bir odlu silahdan istifadə olunmamalıdır. Heç bir hərbi texnika olmamalıdır” - Zelenski həyəcananı ifadə edib.
Nüvə stansiyası ətrafında Rusiya və Ukrayna bir-birini ittiham edir. Keçən ay V Zelenski Rusiyanı “nüvə terroru”nda ittiham etmişdi. Qeyd edək ki, artan təhlükəyə görə BMT-nin Atom enerjisi Agentliyinin nümayəndələri Zaporojyeyə getmişdi. Onlar stansiyanın sonuncu əlaqə xəttinin kəsildiyini bəyan etmişdilər.
Ceyhun MİRZƏLİ