Rusiya işğal etdiyi Xerson vilayətində keçirmək istədiyi referendumu təxirə salır. Baki-xeber.com “BBC News”-a istinadən məlumat verir ki, buna səbəb Xerson ətrafındakı təhlükəsizlik məsələləridi. Ukrayna ordusu referendum planlaşdırılan yerlərə əks-hücum əməliyyatlarına başlayıb. “Əsas Xerson körpüsü atəşə tutulub. Ukraynanın vurduğu zərbə Antonovski körpüsünə elə ziyan vurub ki ,maşınlar oradan keçə bilmir”. Bunu Rusiyanın Xersondakı administrasiyası rəhbərinin müavini Kirill Stremousov bildirib. Rusiya silahlıları əsasən bu körpüdən yararlanırdılar. Ukrayna rus qüvvələrini şəhərdən çıxarmaq üçün ABŞ-ın” Himars” reaktiv yayılım atəş sistemlərindən istifadə edir. Bundan öncə ABŞ Dövlət Departamenti Rusiyanın Ukraynada referendum keçirib, digər əraziləri də ilhaq edəcəyi barədə xəbərdarlıq etmişdi.
Ceyhun MİRZƏLİ