Böyük Britaniya iki aylıq siyasi və iqtisadi gərginlik fonunda yeni baş nazirini seçir. Baki-xeber.com “Associated-Press” ə istinadən bildirir ki, Mühafizəkarlar partiyası xarici işlər naziri Liz Trusu və ya keçmiş maliyyə naziri Rişi Sunakı namizəd kimi irəli sürəcək. Qalib namizədin dərin tənəzzülü miras alacağı xəbərdarlıq edilir. Seçiləcək yeni baş nazir Britaniyanın proplemlərinin həlli üçün birbaşa addım atmalı olacaq.
Rusiyanın Ukraynaya təcavüzü nəticəsində Britaniyada enerji qiymətlərinin artması, infilasiyanın 1980-ci ildən bəri ən yüksək həddə çatmasının yeni baş nazir və komandası üçün çətinliklər yaradacağı dəqiqdir.
Müxalifətdəki Leyboristlər partiyası höküməti tətillərə çıxan dəmiryol, liman, poçt işçilərinin vəziyyətini yaxşılaşdıra bilməməkdə günahlandırır. Bu baxımdan önə çıxan mühafizəkar L.Truss böhranın həlli üçün dövlət müdaxiləsini geri qaytaracağını deyib. Lakin bu işlərin detalları barədə məlumat verməyib.
Mühafizəkar Liz Trus İngiltərənin yeni baş naziri seçilib. Baki-xeber.com” Al Jazeera” yə istinadən bildirir ki, o, pakistanlı keçmiş maliyyə naziri Rişi Sunaka qalib gəlib. 47 yaşlı L.Trusun qarşısında İngiltərənin çoxsaylı proplemlərini dərhal həll etmək vəzifəsi durur.
Ceyhun MİRZƏLİ