Rusiya-Ukrayna müharibəsində açıq şəkildə Moskvanın tərəfində olan Rusiya prezidenti Putinə yaxınlığı ilə də tanınan Çeçenistan lideri Ramazan Kadırov hakimiyyətdən gedəcəyini açıqlayıb.
Bu yaxınlarda Putinlə münasibətlərinin pis olduğu iddia edilən Çeçenistan lideri Kadırov istefa verəcəyini öz Telegram hesabında açıqlayıb.
Rusiyanın Ukraynaya hücumundan 6 ay sonra 45 yaşlı Ramazan Kadırov açıqlamasında işinə “qeyri-müəyyən və uzun” fasilə verməyi planlaşdırdığını bildirib və əlavə edib: “Uzun müddət eyni yerdə olduğumu başa düşdüm. Düşünürəm ki, artıq mənim hakimiyyətdən getməyimin vaxtıdır”.
Kadırov qovulmadan işdən getmək istədiyini deyəndə gülümsəməsi diqqətdən yayınmayıb.
Bu arada Kadırovun bundan sonra hansı mövqedə olacağı və ya təqaüdə çıxıb-çıxmayacağı ilə bağlı dəqiq açıqlama verilməyib.
Kadırov daha əvvəl 27 dekabr 2021-ci ildə Ukraynanı işğal edəcəyi ilə hədələmiş və 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə Rusiyaya dəstək vermişdi.
Tahir TAĞIYEV