Rusiya İrandan Suriyanın Hama və Tartus şəhərlərindəki hərbi bazalarından çıxmalarını istəyib. İddialara görə, belə bir tələb Rusiya ordusunun Suriyadakı komandirlərinin çərşənbə günü İran İnqilab Keşikçiləri Korpusu və şiə milis rəhbərləri ilə görüşündə səsləndirilib.
Rusiyanın İrandan bəzi bölgələrdəki silahlılarını geri çəkməsini istəməsinin səbəbi isə İsrailin ölkəyə hücumlarının artması və nəticədə Rusiya texnikasının da ziyan görməsidir.
Xüsusilə rus əsgərləri ilə İran silahlılarının birgə istifadə etdiyi hərbi bazalara hücumlarda İsrailə qarşı zəif əli olan Rusiya, Tel-Əvivdən hesab sormaq üçün ilk növbədə milislərin orada olmadığını sübut etməlidir.
Moskva fövqəladə toplantıda 49-cu alayın dibində qurulmuş İran bazalarının, strateji mövqeyinin sarsılması səbəbindən dərhal boşaldılmasını istəyib.
Sözügedən hərbi baza İran üçün kritik bir yerdədir, çünki Tehran xüsusi təyinatlılarını, S-200 hava hücumundan müdafiə sistemini və Rusiya istehsalı olan digər hərbi texnikanı gizlədir.
Rusiya İran qüvvələrini onlardan uzaqda, Tartusun cənubundakı sahil şəhəri Əl-Həmdiya yaxınlığında yerləşən hərbi bazaya göndərmək istəyir.
Tahir TAĞIYEV