Ukrayna prezidenti Volodimir Zelenski yeni ildə torpaqların Rusiya qoşunlarından azad ediləcəyi hədəfini qarşıya qoyub. Baki-Xeber.com “ERR News”-a istinadən bildirir ki, Estoniyanın kəşfiyyat mərkəzinin komandiri Marqo Qrosberq bu məqsədə nail olmağı mümkün hesab etmir Cümə günü Estoniya Müdafiə Nazirliyinin brifinqdində çıxış edən polkovnik qarşıdakı qışın hər iki tərəfə çətinlik yaradacığını qeyd edib. “Keçən həftə dediyim kimi, havanın nə vaxt pisləşəcəyindən asılı olaraq, aktiv hərbi əməliyyatların bitməsinə 7-9 həftə qalır” M.Qrosberq belə hesab edir. Polkovnik həmçinin Ukraynanın Xerson üzərindəki yürüşünü kütləvi xarakter daşımadığını söyləyib.
Ceyhun MİRZƏLİ