Böyük Yeddilər enerji böhranını yumşaltmaq üçün addımlar atacağını bəyan edib. Baki-xeber.com “The National” a istinadən məlumat verir ki, Ukrayna müharibəsinə görə yaranmış gərginliyə görə tərəflər Rusiya neftinin qiymətini aşağı salınmasına səy göstərəcəklər. Böyük tədarükçülər rus nefti ilə bağlı tariff təyin edəcək, daha yüksək satışın qarşısını alacaqlar. Əsas məqsəd Böyük yeddilərin iqtisadi gücündən istifadə edərək Rusiyanın Ukraynaya hücumunun maliyyə dəstəyini azaltmaqdır. Rusiya neftinə təyin olacaq qiymət həddi qarşıdakı həftələrdə bəlli olacaq. ABŞ Maliyyə naziri Janet Yallen belə söyləyib.
Ceyhun MİRZƏLİ