Almaniyanın iqtisadiyyat naziri Robert Qabek bildirib ki, qışda “Şimal Axını 1” vasitəsiilə qaz axınına etibar etmək olmaz. Baki-xeber.com “Unian”a istinadən bildirir ki, nazirin Rusiyaya arxalanmamasının səbəbi “Qazprom”un Baltik dənizinin dibindəki turbini söndürməsilə bağlıdır. Rusiya bu addımı qaz xəttinin təmirinə bağlasa da, Almaniya buna inanmır. Almaniya Federal Şəbəkə rəhbəri Klaus Müller bunu Ukraynaya dəstək verən Berlinin Moskva tərəfindən cəzalandırılması kimi qiymətləndirir.
Ceyhun MİRZƏLİ