Cümə günü səhər saatlarında Xersonda güclü partlayış səsləri eşidilib. Baki-xeber.com “Sky News”a istinadən bildirir ki, Ukrayna Rusiyanın Xersonda əhəmiyyətli itkilər verdiyini bəyan edib. Rusiya Müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, ukraynalılar Xersonun şimal-qərbində yerləşən Nikolayev şəhərində irəliləmək istərkən ağır itki veriblər. Ukrayna ərazilərini azad etmək üçün ölkənin cənubundan əks-hücum əməliyyatlarına başlayıb. Rusiya tərəfi bunu uğursuzluq kimi qiymətləndirsə də, Müharibə Tətqiqatları İnstitutu belə hücumların tezliklə nəticə verməyəcəyini bəyan edib.
Ceyhun MİRZƏLİ