ABŞ prezidenti Co Baydenin Donald Tramp barədə çıxşı birmənalı qarşılanmayıb. Baki-xeber.com “The Hill” ə istinadən bildirir ki, C.Bayden çıxışı zamanı Trampı və bəzi respublikaçıları Amerika üçün təhdid adlandırıb. Onları son prezident seçkisinin nəticələrinə hörmətlə yanaşmağa çağırıb. Lakin respublikaçılar və jurnalistlər C.Baydenin çıxşının siyasi olduğunu qeyd ediblər. Onlar çıxış zamanı prezidentin arxasında dəniz piyadalarının görünməsini də tənqid ediblər. “CNN” nin aparıcısı Brianna Keilar Twitter hesabında belə qeyd edib: “Ordunun siyasətdən kənar durması lazımdır. Uniformalı dəniz piyadalarının çıxış zamanı orada olması düzgün deyil. İstər respublikaçıların, istərsə də demokratların belə etməsi səhvdir”. “Fox News”-un aparıcısı Bret Beier C.Baydenin çıxışını amerikalı həmvətənlilərinin aşağılanması kimi qiymətləndirib. Ağ Ev isə edilən tənqidləri rədd edərək C.Baydenin D.Trampa qarşı çıxışının faktlara əsaslandığını bəyan edib.
Ceyhun MİRZƏLİ