“Qazprom” ilin birinci yarsında 61 milyard dollarlıq gəlir əldə edib. Baki-xeber.com”9 news” kanalına istinadən bildirir ki, bu gəlirlər əsasən Ukraynadakı müharibəyə görə əldə olunub. Buna görə də şirkət rəsmi Kremlə 14.5 milyard dollar dəyərində dividend ödəyəcək. Həmçinin dövlət şirkətinin səhmləri 20 faiz həcmində artıb. Sanksiyalar “Qazprom” a təsir etsə də, lakin qazın topdansatış qiymətinin artması şirkətə əlavə fayda gətirir.
Ceyhun MİRZƏLİ