ABŞ Dövlət Departamenti Rusiyanın Ukraynada saxta referendum keçirəcəyi ilə bağlı xəbərdarlıq edib. Baki-xeber.com “United Press İnternationl”a istinadən məlumat verir ki, department Rusiyanın saxtakarlıq yolu ilə referendum keçirəcəyini hesab edir. ABŞ əvvəl də Moskvanın Ukraynanın ilhaqı üçün referendumdan istifadə edəcəyini bəyan etmişdi. Departament sözçüsü Vedant Patelin açıqlamasına görə, bu işlərə Rusiya Prezident Admistrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko başçılıq edir.
Ceyhun MİRZƏLİ