Yaponiya Çin və Rusiyanın ərazilərinə olan iddialarına görə narahatlıq keçirir. Baki-xeber.com “Al Jazeera”ya istinadən məlumat verir ki, buna görə rəsmi Tokio qanadlı yüksək surətli ballistik raket istehsal edəcəyini bildirib. Yaponiya raketlərlə bağlı qoyulmuş konustutsiyon məhdudiyyətlərdən uzaqlaşır. Yaponiya müdafiə nazirliyinin çərşənbə günü açıqladığı hesabatda bu aydın görünür. “Çin status-kvonu güc yolu ilə dəyişmək üçün Rusiya ilə müttəfiqliyi dərinləşdirir“ – deyə Yaponiya Müdafiə Nazirliyinin sorğusunda bu narahatlıq dilə gətirilib.
Ceyhun MİRZƏLİ