İlhaq edilmiş Krımdan Rusiya Dumasını təmsil edən Mixail Şeremet Ukraynadakı əməliyyatın statusunu dəyişməyi təklif edib. Baki-xeber.com “Qazeta Trud”a istinadən bildirir ki, deputat əməliyyatların terrorla mübarizə statusunu almasını istəyir. M.Şeremet Rusiyanın siyasətinə uyğun şəkildə Ukraynanı ittiham edərək oranın terror yuvası olmasını iddia edib. Ona görə də əməliyyatın xarakterinin dəyişərək antiterror əməliyyatı adlanmasını təklif edib.
Ceyhun MİRZƏLİ