Almaniya Avropa İttifaqının Ukraynaya əsgər göndərməsini istisna edib. Baki-xeber.com “TACC”-a istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin katibi Zimtye Möller deyib: “Bizim nöqteyi-nəzərimizə görə, bundan söhbət gedə bilməz”. Z.Möller jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, Avropa İttfaqının müdafiə nazirlərinin görüşündə Ukraynaya hərbi yardımın koordinasiyası müzakirə olunub.
Ceyhun MİRZƏLİ