ABŞ prezidenti C.Bayden Tayvana 60 gəmi əleyhinə və 100 hava raketi yardımı etmək üçün Konqresə sorğu göndərəcək. Baki-xeber.com “Al Jazeera”ya istinadən bildirir ki, hələ ki, ilkin mərhələdə bir neçə yüz milyonluq yardım nəzərdə tutulub. Yeni silah yardımları Çinin Tayvan üzərindəki intensiv hərbi təlimləri fonunda baş verir.
Ceyhun MİRZƏLİ