Ötən həftə Vladimir Putin Rusiya ordusunun 2 milyon 39 min nəfərə çatdırılmasına göstəriş verib. Baki-xeber.com “ERR News” agentliyinə istinadən bildirir ki, Estoniyanın Silahlı Qüvvələrinin komandiri Eero Rebo və Beynəlxalq Təhlükəsizlik Mərkəzinin rəhbəri İndrek Kannik bunu istisna edib. Onların fikrincə, Rusiya bu addımı ata bilməyəcək. Polkovnik E.Rebo rus qüvvələrinin Ukrayna cəbhə xəttinə gəlməsini belə şərh edib: “Mən düşünürəm ki, Rusiya qüvvələri Ukrayna ilə bağlı səhv edir. Onlar yalnız müvəqqəti qələbə əldə edə bilərlər. Son altı aydakı itkilərini nəzərə alsaq, onlar ciddi zərbə endirə bilməzlər”.
Ceyhun MİRZƏLİ