Liviya paytaxtı Tripolidə baş verən toqquşmalarda 32 şəxs həlak olub, 159 nəfər yaralanıb. Baki-xeber.com “The National” a istinadən bildirir ki, Liviyadakı rəqib hökümətlər qanlı hadisələrə görə bir-birini ittiham edir. Son aylarda ölkədə siyasi gərginlik pik həddə çatıb. Hökümətə sadiq Əbdül Həmid Dbeibhanın başçılıq etdiyi dəstə rəqib mütəffiq qüvvələrinə zərbə endirib. BMT-nin qiymətləndirməsinə görə, Liviya hakimiyyəti “xalq legitimliyi”ndən əziyyət çəkir
Ceyhun MİRZƏLİ