Talibanın müdafiə naziri vəzifəsini icra edən şəxs Pakistanı ittiham edib. Baki-xeber.com “The Jerusalem Post”a istinadən bildirir ki, bu, ABŞ pilotsuz təyyarələrinin Əfqanıstana keçməsilə bağlıdır. Nazir iddia edib ki, Pakistan Əfqanıstana müdaxilə edən pilotsuz təyyarələrə öz hava məkanından istifadə etməyə icazə verib. Pakistan tərəfi iddiaları rədd edir.
Ceyhun MİRZƏLİ