Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropada təbii qazla bağlı narahatlıq günbəgün artmaqdadır. Baki-xeber.com “BBC News”-a istinadən bildirir ki, Belçikanın energetika naziri qazın qiyməti aşağı düşməyəcəyi təqdirdə Avropada sərt qışın fəsad yaradacığı barədə xəbərdarlıq edib. Rusiyanın fevral təcavüzündən sonra Avropa İttifaqı dövlətləri qaz qiymətlərilə bağlı mübarizə aparır. Ötən il Avropanı 40 faiz qazla təmin edən Rusiya qaz təchizatını məhdudlaşdırıb.
Ceyhun MİRZƏLİ