Avqustun 26-27-də Əlcəzairdə səfərdə olmuş Fransa prezidenti Makron acı macəralar yaşayıb.
Xatırladaq ki, Əlcəzair xalqının yaddaşında Fransanın çox pis imici qalıb. Fransa müstəmləkəsindən qurtulduğu 1962-ci ildən oraya Makron ilk Fransa prezidenti olaraq gedib. Fransanın 1 milyondan çox əlcəzairlini soyqırım etdiyi deyilir. Odur ki,Əlcəzair xalqı Fransanı bağışlaya bilmir.
Makron isə bu ölkəyə 60 ildən sonra ölkəsinə yanar qaz almaq üçün "saqqal tutmağa" gedib.
Onu "yaxşı "qarşılayıblar.
Fransa mediası yazır ki, Oran şəhərində Makronu hörmətsiz ediblər. Belə ki, Disko Maqreb mağazasından çıxarkən kütlə ilə əl-ələ görüşmək istərkən insanlar ona əl verməyiblər, "biz müstəqilik", "biz evimizdəyik", "Fransa bizi yeyir" kimi ittihamçı şüarlar səsləndiriblər.
Ramil Quliyev