Böyük Britaniya kralıçası 2-ci Elizabet Ukraynanı müstəqillik günü münasibətilə təbrik edib. Baki-xeber.com “Unian”a istinadən bildirir ki, təbrik kraliçanın rəsmi facebook səhifəsində yayılıb. O, Ukrayna vətəndaşlarına gələcəkdə daha yaxşı vaxt keçirməyi arzu edib. Bunun qarşılığında Ukrayna prezidenti Volodimir Zelenski təşəkkürünü bildirib: “Bu çətin ildə ümid edirəm ki, Ukrayna xalqı özünün mədəniyyətini, tarixini və kimliyini qeyd etmək imkanını əldə edəcək. Gələcəkdə sizİ yaxşı günlər gözləsin”.
Qeyd edək ki, Rusiya təcavüzündən sonra İngiltərə Ukraynaya mütəmadi yardım edir. Bu addımlar Rusiyanı qəzəbləndirir. Rusiya mətbuatı vaxtaşırı kraliçaya hücum edir.
Ceyhun MİRZƏLİ