Əlcəzairin müstəqilliyinin 60-cı ildönümündə Fransa prezidenti E.Makronun bu ölkəyə səfəri başlayır.Baki-xeber.com “France 24”ə istinadən bildirir ki, prezidentin hədəfində keçmiş müstəmləkəsilə əlaqələri genişləndirmək var. Yeddi nazirin müşayiəti ilə səfərə gedəcək E.Makron Əlcəzair prezidenti Əbdülməcid Tebbuneylə görüşəcək. Prezidentlər birgə Əlcəzairin müstəqillik abidəsini ziyarət edəcəklər. Bu, E.Makronun Əlcəzairə ikinci səfəridi.
Ceyhun MİRZƏLİ