Tayvan adası Milli Müdafiə Nazirliyi Çinin 13 təyyarəsini və 4 gəmisini izlədiyini bəyan edib. Baki-xeber.com “Taiwan News”-a istinadən məlumat verir ki Tayvan hərbiçilərinin bildirdiyinə görə, 2 döyüş təyyarəsi adanın üzərindən keçərək şimal ucuna yaxınlaşıb. Bunlar S30 qırıcı təyyarələri olub. Nazirlik bildirib ki, onlar Çini quruda və dənizdə izləmək üçün gəmilərdən və raketdən müdafiə sistemlərindən istifadə ediblər. Çin tərəfinə radio xəbərdarlıqlar edilib.
Ceyhun MİRZƏLİ