Avqustun 24-də ABŞ ordusu İranın dəstəklədiyi qruplara zərbə endirib. Baki-xeber.com “United Press İnternational”-a istinadən bildirir ki, bu qruplar avqustun əvvəlində ABŞ bazasına hücum etmişdilər. Bu barədə amerikalı polkovnik Co Buccino məlumat verib. Polkovnik qeyd edib ki, hava hücumları Suriyanın şərqində - Deyr əz-Zorda da həyata keçirilib. İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı qrupların infrastuktur obyektlərinə zərbə endirilib. C.Bucciono zərbələrin ABŞ personalını qorumaq üçün endirildiyini bəyan edib.
Ceyhun MİRZƏLİ