Vladimir Putinin Ukraynadakı savaşının dünya üçün təhlükəsi artmaqdadır. Baki-xeber.com Sky News-a istinadən bildirir ki, İngiltərənin Rusiyadakı keçmiş səfiri Roderik Layn bu barədə fikirlərini bölüşüb. Keçmiş diplomat V.Putin barədə belə deyib: Düşünürəm ki, o, Balkanlarda daha çox qarşıdurmanı təşviq etməyə çalışacaq. Həmçinin rusların Şərqdə və Şimali Afrikada da fəal olduğunu görə bilərik”. Səfir həmçinin qeyd edib ki, Rusiya Ukraynanın dörd əyalətinin ilhaqını tanıyacağı təqdirdə atəşkəsə gedə bilər.
Ceyhun MİRZƏLİ