Enerji qiymətlərinin artması səbəbindən Rusiyaya edilən güzəştlər münaqişələrin başqa regionlara da keçməsinə səbəb ola bilər. Baki-xeber.com Estoniyanın “ERR News” agentliyinə istinadən bildirir ki, eston siyasətçisi Rainer Saksın fikrincə, “Rusiya özünün iflasa uğradığını gizlətmək üçün müharibəni davam etdirməlidir. Eyni zamanda da Rusiyaya atəşkəs lazımdı. Bu, işğal edilmiş ərazilərdə möhkəmlənib yeni təcavüzə başlamaq üçün gərəklidi. Krım üzərində Ukraynanın həmlələrini yüksək qiymətləndirən eston siyasətçisi, buna baxmayaraq, onların Rusiyaya hələ ciddi təzyiq edə bilmədiklərini də qeyd edib.
Ceyhun MİRZƏLİ