Dünyanın ən güclü və böyük kosmik teleskopu Yupiterin yeni görüntülərini qeydə alıb. Baki-xeber.com “BBC News”-a istinadən bildirir ki, James Webb Kosmik Teleskopu iyul ayında Günəş sisteminin ən böyük planetinin şəkillərini çəkib.
Şəkillərdə Yupiteri əhatə edən auroralar, nəhəng fırtınalar, aylar və halqalar dəqiqliklə qeydə alınıb. Layihədə iştirak edən Kaliforniya Üniverstetinin astronomu İmke de Peter “Biz heç vaxt Yupiteri belə görməmişik. Hər şey olduqca inanılmazdı” deyə heyrətini bildirib.
Ceyhun MİRZƏLİ