Donald Trampın vəkilləri hakimdən Mərkəzi Kəşfiyyat İdarəsinə mane olmağı xahiş ediblər. Baki-xeber.com “Al-Jazeera”-yə istinadən bildirir ki, vəkillər bununla bağlı federal məhkəməyə müraciət ediblər. Avqustun 8-də Trampın malikanəsindən məxfi sənədlər götürülüb. Müraciət bazar ertəsi daxil olub. Vəsatət, həmçinin, axtarış çərçivəsindən kənarda olan əşyaların qaytarıması ilə bağlıdı. Qeyd edək ki, Trampla bağlı axtarışlar ABŞ-da heç də birmənalı qarşılanmayıb.
Ceyhun MİRZƏLİ