Şimali Koreyanın artan təhdidlərinin fonunda Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başlayıb. Baki-xeber.com ”Associated Press”ə istinadən bildirir ki, bu təlimlərə Pxenyan sərt cavab verə bilər. Sentyabrın 1-dək davam edəcək təlimlərdə tanklar, döyüş təyyarələri, gəmilər və on minlərlə hərbçinin iştirakı gözlənilir. Mütəffiqlər, həmçinin dəniz, hava limanlarına, mülki obyektlərə hücum zamanı qorunmaq məşqlərini də keçirəcəklər.
Ceyhun MİRZƏLİ