Rəsmi Pekin ABŞ-la Tayvan arasında bağlanan yeni ticarət müqaviləsinə münasibət bildirib. Baki-xeber.com “China Dailiy” ə istinadən bildirir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin ABŞ-ın ticarət məsələlərini bəhanə edərək Tayvanın müstəqilliyi barədə çıxışlar etməsini tənqid edib. O, tərəflərin ticarət əlaqələrini gücləndirməsini də hədəfə alıb. V. Venbin əlavə edib ki: “Çin regional suverenlik və rəsmi xarakter daşıyan istənilən müqaviləyə qarşıdır”.
Ceyhun MİRZƏLİ