Rusiya Zaporojyedəki nüvə stansiyası ərazisini demilitarizasiya etmək çağırışını rədd edir. Baki-xeber.com “BBC News”-a istinadən məlumat verir ki, Rusiya bunun çox həssas məsələ olduğunu bildirir. Çağırışlar tərəflərin bir-birinə nüvə stansiyasına atəş açmaq ittihamı fonunda baş verir. Stansiya ətrafında vəziyyət günü-gündən pisləşir. 18 avqustda Lvovda Rəcəb Tayyib Ərdoğanın, Volodimir Zelenskinin və Antonio Quterreşin keçirdiyi görüşdə bu məsələyə toxunulub. BMT baş katibi bir daha görüşdə xəbərdarlıq edib: “Zaporojedəki azacıq potensial təhlükə intihara bərabərdir”.
Ceyhun MİRZƏLİ