BMT-nin köləlik üzrə ekspertinin bu həftədəki açıqlaması rəsmi Pekinin qəzəbinə səbəb olub. Baki-xeber.com “The Jerusalem Post”-a istinadən bildirir ki, ekspert uyğurların və digər müsəlman azlığında olanların Çinin məcburi əmək işinə məruz qalması qənaətinə gəlib. BMT-nin müasir köləliyin formaları üzrə nümayəndəsi Tomoya Obokata twitter hesabındakı paylaşımında belə deyib: “Xüsusi məruzəçi Çinin Sincan-Uyğur bölgəsində uyğur, qazax və digər etnik azlıqların kənd təsərrüfatı və digər sahələrdə məcburi əməyə məruz qoyulması qənaətini ağlabatan hesab edir.
Ceyhun MİRZƏLİ