Serbiya və Kosovo aralarındakı gərginliyi azaltmaq üçün danışıqlar aparır. Baki-xeber.com “Euronews”-a istinadən bildirir ki, tərəflər Avropa İttifaqının vasitəçiliyinə ümid edir. Rusiyanın bununla Balkanlardakı təsirinin azaldılması gözlənilir. Lakin Serbiya prezidenti Aleksandr Vuçiçlə Kosovo baş naziri Albin Kurtonun Brüsseldə keçirəcəkləri görüşün müsbət nəticəsinə ümid zəifdir. Amma bu görüş tərəflərin on illərlə davam edən müharibə ritorikasının azalmasına gətirib çıxara bilər.
Ceyhun MİRZƏLİ