Çinin Yantszı çayı quraqlıq ucbatından quruyub. Baki-xeber.com “9 news” kanalına istinadən məlumat verir ki, Çin səmaya bu məqsədlə müdaxilələr edir. Yağışın yağması məqsədi ilə təyyarələr göndərilir. Yağışın yağması üçün buludlara müdaxilədə gümüş yodid çubuqlarından istifadə edilir. Onlar adətən siqaret ölçüsündədir. Çubuqlar buludlara vurulub buz kristalları əmələ gətirir və bu da yağışa səbəb olur.
Çinin Su Ehtiyatları Nazirliyi quraqlığın kənd əhalisinin güzəranına pis təsir etdiyini bəyan edib.
Ceyhun MİRZƏLİ