Avropa ölkələri Türkiyənin Rusiya ilə ticarət münasibətlərinin dərinləşməsindən narahat olmağa başlayıb. Bu barədə Britaniya mətbuatı maraqlı yazı ilə çıxış edib.
Britaniya mətbuatının yazdığına görə, bəzi Avropa ölkələri hətta Türkiyədən onun Rusiya ilə münasibətləri barədə faktlar da istəyiblər. İngilis mediası yazır ki, son aylar Türkiyənin Rusiyaya ixracı 46 faiz, Rusiyanın isə Türkiyəyə ixracı 75 faiz artıb.
Avropa ölkələri bu faktlara görə, antirus sanksiyaların təsirinin zəifləyə biləcəyindən narahatdır.
Hələlik Türkiyə rəsmi reaksiya verməyib.
Ramil Quliyev