Alman kinorejissoru Volfanq Petersen 81 yaşında vəfat edib. Baki-xeber.com “The National”-a istinadən bildirir ki, mədəaltı vəzi xərçəngindən əziyyət çəkən rejissor Kaliforniya statinın Los-Ancles şəhərində dünyasını dəyişib. V.Petersenin ən məşhur filmi İkinci Dünya müharibəsindən bəhs edən “Sualtı qayıq” (1981) fiilmidir. Bu ekran işi Almaniya kino tarixinin ən bahalı filmlərindən biri olub. “Troya” “Prezidentin təyyarəsi” və digər filmlər rejissora şöhrət gətirib.
Ceyhun MİRZƏLİ