Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə hazırlaşdığı vaxt Şimali Koreya Cənubun sularına qanadlı raket atıb. Baki-xeber.com “Al-Jazeera”-yə istinadən bildirir ki, adının açıqlanmasını istəməyən Cənubi Koreyadan olan hərbçi deyib: “Biz səhər tezdən Şimali Koreyanın Qərb dənizinə iki qanadlı raket atdığını aşkar etdik”. Qeyd edək ki, avqustun 22-dən sentyabrın 1-dək Amerika və Cənubi Koreyanın birgə hərbi təlimləri keçiriləcək.
Ceyhun MİRZƏLİ