Rusiya Krımdakı partlayışlara görə yeni hücum əməliyyatlarına hazırlaşır - Ukraynalı general tarix də açıqladı

img

“Rusiya ordusu işğal altındakı Krımda baş verən partlayışlara görə cavab əməliyyatına hazırlaşır”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Xarici Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, general Nikolay Malomuj deyib.

Onun sözlərinə görə, Rusiyanın ehtimal edilən əməliyyatı avqustun 24-də, Ukraynanın Müstəqillik Günündə ola bilər.

“Qarşı tərəf yeni hücum əməliyyatlarına hazırlaşır. Belarus ərazisində çoxlu aviasiya və raket sistemləri cəmləşib. Biz yeni raket zərbələri və genişmiqyaslı hücum əməliyyatları gözləyirik”, - o bildirib.

Generalın sözlərinə görə, artıq yüzlərlə texnika Xerson və Zaporejye istiqamətlərində hərəkət edir.

Peşə etikası

Son xəbərlər