Ərdoğan və Quterreş Ukraynaya gedir…

img

Türkiyə Prezidenti Ərdoğan avqustun 18-də Ukraynanın Lvov şəhərində Ukrayna lideri Zelenski və BMT-nin baş katibi Quterreşlə görüşəcək.

Türkiyə Prezident Administrasiyasından verilən məlumata görə, Ərdoğanın ukraynalı həmkarı ilə görüşləri zamanı strateji tərəfdaşlıq səviyyəsində Türkiyə-Ukrayna əlaqələrinin bütün aspektləri dəyərləndiriləcək.

Səfər zamanı Türkiyə Prezidenti Ərdoğan, Ukrayna Prezidenti Zelenski və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi də nəzərdə tutulur.

Sözügedən görüşdə Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün yaradılmış mexanizmin fəaliyyətinin artırılması və Ukrayna-Rusiya müharibəsinin diplomatik yollarla dayandırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər