Zelenskidən Qərbə sanksiya çağırışı

Nüvə təhlükəsi getdikcə böyüyür…

img

Ukrayna prezidenti Volodimir Zelenski Qərbi Rusiyaya qarşı yeni sanksiyalar qəbul etməyə çağırıb. Baki-xeber.com “The National”-a istinadən bildirir ki, sanksiya çağırışına səbəb Zaporojyedəki AES-lə bağlıdır. Ukrayna lideri xəbərdarlıq edib ki, stansiya ilə bağlı hərəkətsizlik böyük fəlakətə səbəb ola bilər. V.Zelenski gecə müraciəti zamanı nüvə obyektinin Avropa üçün böyük təhlükə olduğunu bir daha bildirib.  Qeyd edək ki, BMT-nin baş katibi A.Quterreş də dəfələrlə Zaporojyedəki nüvə obyekti ilə bağlı xəbərdarlıqlar edir.

Ceyhun MİRZƏLİ

Peşə etikası

Son xəbərlər