Putin Vaşiqtonu Ukrayna və Tayvana görə ittiham etdi

Rusiya prezidenti Vladimir Putin ABŞ-ı Ukraynada və Tayvanda münaqişələri qızışdırmaqda ittiham edib. Baki-xeber.com “France 24”-ə istinadən bildirir ki, Putin belə deyib: “Vəziyyət göstərir ki, Birləşmiş Ştatlar münaqişənin uzanmasını istəyir. Onların hərəkətləri tam olaraq eyni yolla gedir - Asiya, Afrika və Latın Amerikasında münaqişələri alovlandırmaq. Amerikanın Tayvanla macəralı əlaqələri təkcə fərdi məsuliyyətsiz siyasətçinin səyahəti ilə bağlı deyil, dünyada və regionda xaos yaratma, sabitliyi pozmaq Birləşmiş Ştatların strategiyasıdır” - Rusiya lideri ittihamlarını belə tamamlayıb.
Ceyhun MİRZƏLİ