Şri-Lankanın Hambantota limanına yerləşmiş Çin gəmisi Hindistanın narahatlığına səbəb olub. Baki-xeber.com “The National”-a istinadən bildirir ki, Hindistan Yuan-Vanq gəmisinin avqustun 22-dək limanda qalacağını iddia edir. Rəsmi Dehli bu gəminin casusluq məqsədilə göndərildiyini güman edir.
Şri-Lanka Xarici İşlər Nazirliyi isə bəyan edib ki, Çin gəmisinə idenifaksiya sistemini açıq saxlamaq və heç bir elmi araşdırma aparmamaq şərti ilə sulara daxil olmaq icazəsi verilib.
Ceyhun MİRZƏLİ