Ukraynaya olan təcavüzə görə Kanada Rusiyanın 413 milyon dollarlıq aktivini dondurub. Baki-xeber.com “Unian”-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak məlumat verib. Ümumulikdə, 24 fevraldan 9 avqustadək Kanadanın Rusiya ilə olan 290 milyon dollarlıq əməliyyatları dayandırılıb. Bu addımlar Rusiyaya qarşı iqtisadi qanunlara uyğun həyata keçirilir.