Rusiyanın Ukraynaya 24 fevral hücumundan sonra tətbiq edilən sanksiyalar ölkə iqtisadiyyatını və ticarətini zəiflədib. Baki-xeber.com “Al Jazeera”-yə istinadən bildirir ki, Rusiya iqtisadiyyatı ilin ikinci rübündə azalmağa başlayıb. Ümumən ölkə iqtisadiyyatı ilin birinci rübündə dörd il geri düşüb. “Blomberg Economic”-ə görə Rusiya iqtisadiyyatının ÜDM həcmi 2018-ci ildəki səviyyəsinə düşüb. Ölkə iqtisadiyyatının vəziyyətinin daha da pisləşəcəyi, gələn ilin ilk yarısından ən aşağı nöqtəyə çatacağı proqnozlaşdırılır.
Ceyhun MİRZƏLİ