Pxenyanın azad edilməsinin növbəti ildönümü münasibətilə Vladimir Putin Şimali Koreya rəhbərinə məktub göndərib. Baki-xeber.com “AlJazeera”-yə istinadən bildirir ki, V.Putin məktubunda iki ölkə arasındakı sıx münasibətlərin ölkələrin maraqlarına uyğun olması fikrini bildirib. Kim Çenə ünvanlanan məktubda, həmçinin, Rusiya və Şimali Koreyanın münasibətlərinin Şimal_Şərqi Asiya regionunun təhlükəzliyinin güclənməsində rol oynadığı bildirilib. Şimali Koreya lideri də hər iki ölkənin dostluğunun 1940-cı illərdə Yaponiya üzərində qələbə qazanılmasında rol oynamasından bəhs edib.
Ceyhun MİRZƏLİ