Sarayevo film festivalında ilk dəfə olaraq ukraynalıların istedadı nümayiş etdirilib. Baki-xeber.com “Euronews”-a istinadən bildirir ki, cümə günü festival Ukrayna filmlərinin qatılmasına icazə verib. Məqsəd müharibə aparan Ukraynaya mənəvi dəstək verməkdi.
Kino sənətinə verdiyi qeyri-adi töhfəyə görə ukraynalı rejissor Sergey Loznitsaya “Sarayevonun Şərəfli Ürəyi “mükafatı verilib. Rejissor çıxışı zamanı deyib: “Yaxın Avropa tarixində Sarayevo bəşər faciəsinin simvoluna çevrilib. Bu gün Ukrayna çox qəddar və zorakı işğalçının təcavüzü altınladır”
Ceyhun MİRZƏLİ