Bazar ertsəi Tayvan prezidenti Tsai-İnq ABŞ konqresinin üzvlərilə görüşüb. Baki-xeber.com “Associated Press”-ə istinadən bildirir ki, qanunvericilərin görüşü Çinin ərazi iddiaları qarşısında Tayvana növbəti dəstək məqsədi daşıyır. Nümayəndə heyətinin beş nəfərdən ibarət olduğu bildirilir.
Tayvan mediası görüşü əks etdirsə də detalları barədə məlumat verməyib. Çin adaya 1949-cu il vətəndaş müharibəsindən sonra ilk dəfə olaraq bufer zonasına su meridianı boyunca döyüş təyyarələri və donama gəmiləri göndərib.
Ceyhun MİRZƏLİ